Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"
11:07 26 Sentyabr 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanla NATO arasındakı münasibətlər lap əvvəldən etibarlı və daim inkişaf edən münasibətlər kimi xarakterizə olunur".
"Report" xəbər verir ki, bunu ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbirdə NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
C.Appaturay qeyd edib ki, "Ceyrançöl" layihəsi kənd təsərrüfatı, su təsərrüfatı, arxeoloji qazıntılar və s. ilə məşğul olan insanlar üçün vacibdir: "ANAMA-nın etdikləri işlərə görə təbrik edirəm. Bu, çox təhlükəli işdir. Cari proseslər insanların təhlükəsiz şəraitdə yaşamasının zəruri olduğunu göstərir".
NATO-nun xüsusi nümayəndəsi həmçinin bu layihənin sponsorlarına minnətdarlığını bildirib və bu layihə çərçivəsində Azərbaycanla Gürcüstanın birgə fəaliyyətini qeyd edib: "Gürcüstanla birfə işləmək müvafiq sahədə təcrübə mübadiləsi aparmağa imkan verdi".
Sonda NATO nümayəndəsi bugünkü tədbirin iştirakçılarının Ceyrançöl layihəsinin başa çatması ilə bağlı tədbirə də toplaşacaqlarına ümid etdiyini dilə gətirib.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (Aprel 2012 – İyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.
Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kv.m ərazi təmizlənib, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib.
22 kv.km ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlayıb və 2018-ci il ərzində bitməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ceyms-appaturay-azerbaycanla-nato-arasindaki-munasibetler-etibarli-ve-daim-inkisaf-edendir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR