Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb
11:07 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. ADAU-nun rektoru İbrahim Cəfərov qonaqlara Universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə məlumat verib.
ADAU-dan "Report"a verilən məlumata görə, Krasnoyarsk universitetinin rektoru Natalya Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərininzəruriliyini qeyd edərək, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.
Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonra qonaqlar ADAU-nun tədris korpuslarında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə yaxından tanış olublar.


Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-ve-rusiya-aqrar-universitetleri-arasinda-muqavile-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR