Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək"

Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək"
11:32 26 Sentyabr 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanın müstəqilliyini elan etdiyi andan bəri Türkiyə müxtəlif sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edib. "Ceyrançöl" layihəsi həm də Türkiyə üçün əhəmiyyətli layihədir".
"Report" xəbər verir ki, bunu ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu münasibətlər sayəsində Türk səfirliyi təxminən 13 il NATO-nun Azərbaycandakı kontakt səfirliyi olub. E.Özoral bildirib ki, "Ceyrançöl" layihəsinin həyata keçirilməsi üçün Türkiyə 200 min avro ayırıb.
O qeyd edib ki, hazırda Cocuq Mərcanlı kəndində ərazinin minalardan təmizlənməsi üzrə işlər gedir və bu, əhalinin orada təhlükəsiz şəkildə yaşayışını təmin edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/turkiye-sefiri-cocuq-mercanli-kendinin-minalardan-temizlenmesi-orada-ehalinin-tehlukesiz-sekilde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR