ABŞ-da məktəblər bağlandı

ABŞ-da məktəblər bağlandı
10:56 9 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Qarlı və şaxtalı hava şəraiti Amerika Birləşmiş Ştatlarında da fəsadlara səbəb olub. Şaxta ilə əlaqədar ölkə boyunca bir çox şəhərlərdə məktəblərdə tətil elan edilib.

Çikaqoda artıq 4-cü gündür qeydə alınan anomal soyuqlar həyatı iflic edib. Burada temperatur 0 dərəcədən aşağı düşüb.

İllinoys ştatında 13 dərəcə şaxta qeydə alınıb. Nyu-York şəhərində temperaturun -7 dərəcəyədək düşəcəyi proqnozlaşdırılıb.

Paytaxt Vaşinqtonda isə şaxtalı hava fəvvarələrin donmasına səbəb olub.

Nyu-Hempşir ştatında onlarla məktəb bağlanıb. Ştatın şimalında 20 dərəcə şaxta isə həyatı iflic edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR