Laçın RİH-nin şöbə müdirinin kürdlərin müstəqilliyini dəstəkləməsi məsələsi araşdırılır

Laçın RİH-nin şöbə müdirinin kürdlərin müstəqilliyini dəstəkləməsi məsələsi araşdırılır
12:08 26 Sentyabr 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraqKürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraqKürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR