Rusiyanın baş naziri Yerevana gedəcək

Rusiyanın baş naziri Yerevana gedəcək
12:22 26 Sentyabr 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev oktyabrda Yerevana səfər edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti iclasına qatılacaq.
Dmitri Medvedevin Yerevana səfəri Ermənistan baş nazirləri üçün “taleyüklü” də sayla bilər. O, ötən il Yerevana səfərini təxirə saldı. Bu səfərin reallaşması müddəti uzun çəkdi. O vaxtkı baş nazir Ovik Abramyan istefaya getdikdən sonra Dmitri Medvedev Ermənistana səfərini reallaşdırdı.
Ermənistanın hazırki baş naziri Karen Karapetyanın bu postda qalması məsələsi də 2018-ci ildə həll olunacaq. Ancaq Rusiya baş nazirinin səfərinin təxirə salınması haqqında məlumat yayılmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-bas-naziri-yerevana-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR