Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib

Türkiyə prezidenti İraqın şimalındakı "referendum"a münasibət bildirib
13:52 26 Sentyabr 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Sanksiyaları tətbiq etməyə başlayanda ortada qalacaqsan”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “2017-2018-ci illərdə Ali təhsil akademik ili”nin açılış mərasimində İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən “referendum”u dəyərləndirərkən deyib.
“İraqın şimalındakı yerli hökumət “referendum”u keçirməkdə israrlı davrandı. İsraildən başqa bunu dəstəkləyən ölkə və beynəlxalq qurum yoxdur. Bu, bölgədə yeni münaqişə ocağının yaranacağından xəbər verir. Dünya İsraildən ibarət deyil. Kosovonun müstəqilliyini 114 dövlət tanıyıb. Amma hələ də çətinlikləri var. Sən bir İsraillə nə edəcəksən? “Biz etdik, oldu” deməklə olmur. Olmayacaq, heç vaxt ola bilməyəcək. Sanksiyaları tətbiq etməyə başladıqda ortada qalacaqsınız. Əgər neft xəttini bağlasaq, iş bitəcək. Tırlar İraqın şimalında işləmədiyi vaxtdan yeməyə bir şey tapa bilməyəcəklər. Sanksiyaları tətbiq etməyə məcburuq. Bunlara İsrail nəyi və haradan göndərəcək?"

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-i-raqin-simalindaki-referendum-a-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR