Adamyeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR

Adamyeyən ər-arvadın evindən  GÖRÜNTÜLƏR
14:19 26 Sentyabr 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnodar diyarında adamları qətlə yetirərək yeyən ərlə arvadın yaşadığı evin görüntüləri yayımlanıb.
 
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, səliqəsiz vəziyyətdə olan mənzildə ilk gözə dəyən döşəməyə səpələnmiş müxtəlif kitablar, qutular və digər əşyalar olub.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodarda qətldə şübhəli bilinən yerli sakin - Dmitri Bakşeyev saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, sentyabrın 8-də tanış olduğu qadınla mübahisə zamanı onu qətlə yetirib. Daha sonra isə qadını hissələrə bölərək selfi çəkdirib. Bundan bir neçə gün sonra isə həmin telefon yol tikintisində çalışan fəhlələr tərəfindən tapılaraq polisə təhvil verilib.
 
Sosial şəbəkələrdə yayımlanan bu fotolardan sonra izləyicilərin yazdığı rəylərdən məlum olub ki, uzun zamandır 30 krasnodarlı yoxa çıxıb.
 
Hazırda Dmitri Bakşeyevlə birgə onunla əlbir olduğu iddia edilən, tibb bacısı işləyən həyat yoldaşı da həbsdədir. Sonuncu qətlə yetirilən qadının kimliyi də məlumdur. O, Omutininsk qəsəbə sakinidir. Qadının yaxınları axtarılır.
 
Ərlə arvadın uzun zamandır insanları öldürərək yediyi iddia edilir. Bundan başqa, qətlə yetirilənlərin bölünmüş hissələrindən konservlər hazırlanıb, dondurulmuş vəziyyətə salınıb.
 
Mənzildən insan ətindən necə yemək hazırlanması barədə yazılan reseptlər də tapılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR