17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR

17-ci əsrə aid məşhur rəsm əsəri tapıldı - FOTOLAR
14:28 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur rəsm əsəri hesab olunan “Buckingham Duke” 400 il sonra üzə çıxıb.

Publika.az xəbər verir ki, müəllifi rəssam Piter Paul Rubens olan əsər, ötən gün “BBC Four” kanalında yayımlanan “Britaniyanın itmiş şah əsərləri” televiziya proqramında Bendor Qrosvenor tərəfindən nümayiş olunub.

Qeyd olunub ki, sözügedən əsər Qlazqo muzeyində qorunub saxlanılıbmış. Uzun illərdir baxımsız qalan əsər toz-torpaq içərisində olduğu üçün onun orijinal olduğuna şübhə ilə yanaşılıb. Daha sonra mütəxəssislər tərəfindən incələnən əsərin orijinal olduğu təsbit edilib.

Bu rəsm əsəri hazırda Böyük Britaniya tarixinin ən önəmli rəsm əsəri kimi qeydə alınıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/214697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR