Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

Azərbaycanda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir
14:42 26 Sentyabr 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 26 sentyabr. REPORT.AZ/Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri davam edir. 
"Report"un Qərb bürosunun məlumatına görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “A-400 M”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir. 
Təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə hava döyüşləri, yer hədəflərinə hücum, hava hücumuna qarşı sistemlərə birgə döyüş fəaliyyətinin aparılması, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər. 
Keçirilən birgə təlimlərin ssenarisinə əsasən döyüş təyyarələri və helikopterlər uçuşlar keçirməklə təlim-döyüş tapşırıqlarını uğurla icra edirlər. Birgə təlimlər çərçivəsində əsas tapşırıq F-16, MiQ-29 və Su-25 döyüş təyyarələri birgə olaraq şərti hədəfi məhv etmək üçün havaya qalxıblar. 
Həmçinin, MiQ-29 və F-16 təyyarələri birgə olaraq uzaq, orta və yaxın məsafəli şərti hava düyüşü tədbirlərini icra ediblər. Təlimlər zamanı SU-25 və F-16 təyyarələri yer hədəfinə birgə fəaliyyət yerinə yetirəcəklər və MiQ-29 təyyarələri onların hücumunun qarşısını almağa çalışacaq. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk şahinləri isə bizim təyyarələrdə uçuşlar həyata keçirirlər. 


Qeyd edək ki, hazırda “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri çərçivəsində Z.Tağıyev, Qala, Kürdəmir və Yevlax aerodromlarından uçular həyata keçirilir. Təlimlərə ümumilikdə 300-dən çox şəxsi heyət, 40-dan artıq pilot cəlb olunub. Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək





























Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanda-turaz-qartali-2017-birge-taktiki-ucus-telimleri-ugurla-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR