Rusiyada "Facebook"u bağlaya bilərlər

Rusiyada "Facebook"u bağlaya bilərlər
14:52 26 Sentyabr 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Facebook" 2018-ci ildə şəxsi məlumatların lokallaşdırılması üzrə Rusiya qanunlarına riayət etməlidir, əks təqdirdə resurs Rusiya ərazisində fəaliyyətini dayandırmalı olacaq.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində Nəzarət üzrə Federal Xidmətin (Roskomnadzor) rəhbəri Aleksandr Jarov bildirib.
"Qanun hamı üçün mütləqdir. İstənilən halda, ya qanunun icra olunmasına nail olacağıq, ya da "LinkedIn" ilə olduğu kimi şirkət Rusiya ərazisində fəaliyyətini dayandırmalı olacaq. Bu məsələdə istisna ola bilməz", - A.Jarov qeyd edib.
Onun sözlərinə görə, "Facebook" Rusiyada unikal servis deyil, çünki başqa sosial şəbəkələr də var.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-facebook-u-baglaya-bilerler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR