Son 8 ayda 400-ə yaxın şəxs qidadan zəhərlənib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 255 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, yanvar-avqust ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Avqust ayında əhali arasında 29 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 40 nəfər zərər çəkib. Botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Dollar ucuzlaşdı - Hərrac - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR