Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"

Gürcüstan prezidenti: "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər"
14:57 26 Sentyabr 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər".
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.
Dağlıq Qarabağ münaqişəsi məsələsinə münasibət bildirən Gürcüstanın dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olduğunu bildirib: "Bir şey aydındır: bizim kimi kiçik xalqlar üçün belə münqişələr fəlakətlə nəticələnir. Regionda sülh üçün dua edirik".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/gurcustan-prezidenti-dagliq-qarabag-kimi-munaqiseler-felakete-sebeb-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR