Çexiya millisinin baş məşqçisi: "Azərbaycan və San-Marinoya qalib gəlməliyik"

Çexiya millisinin baş məşqçisi: "Azərbaycan və San-Marinoya qalib gəlməliyik"
15:02 26 Sentyabr 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Son 2 oyunda qalib gəlməliyik. Final mərhələsinə yüksələ bilməsək də, 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimi zamanı ikinci səbətə düşmə şanslarımız var. Bu səbəbdən, hər bir matç xüsusi əhəmiyyətə malikdir".
"Report"un məlumatına görə, bunu Çexiya milli komandasının baş məşqçisi Karel Yarolim Azərbaycan və San Marinoya qarşı keçirəcəkləri futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup oyunlarından əvvəl mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis bildirib ki, hələlik öz karyerası barədə düşünmür: "Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Yaroslav Şilxavini əvəzləyəcəyim barədə xəbərlər həqiqətə uyğun deyil".
Heyətdəki itkilərdən danışan Yarolim bildirib ki, Teodor Gebre Selassi də qarşıdakı oyunları buraxa bilər. Onun sözlərinə görə, Almaniya "Verder"inin müdafiəçisinin həyat yoldaşı hamiləliyin sonuncu ayındadir: "Bununla bağlı müəyyən risk var. Vəziyyətə baxacağıq. Lazım gəlsə, Teodorun əvəzinə başqa müdafiəçi çağıracağıq. Bundan başqa Tomas Kalas cəzalı olduğu üçün Azərbaycanla oyunu buraxacaq".
Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 8-də isə rəqib komanda San Marinonu qəbul edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/cexiya-millisinin-bas-mesqcisi-azerbaycan-ve-san-marinoya-qalib-gelmeliyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR