Yeni dijital pul vahidi istifadəyə veriləcək

Yeni dijital pul vahidi istifadəyə veriləcək
15:08 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Yaponiya dünyaya yeni valyuta təqdim edəcək.

Publika.az xəbər verir ki, yeni pul vəsaiti dünyanın ən böyük banklarından biri olan Yaponiyanın “JP Morgan” şəbəkəsi tərəfindən bazara çıxarılacaq.

Bankın rəsmi nümayəndəsi Cemi Dimon “J Coin” adlı yeni valyutanın dijital pul sektoruna yenilik gətirəcəyini bildirilib.

Yapon bankları dijital pul vahidini 2020 Tokio Olimpiya Oyunlarına qədər tanıtmağı planlaşdırır.

Dijital pulların transferi və ödəmələr ağıllı telefonlar vasitəsilə aparılacaq. Bununla yanaşı, rəqəmsal pullar mağazalardakı QR kodlar vasitəsilə rahatlıqla oxunacaq. Pul vəsaiti ilə bağlı bütün xidmətlər banklar tərəfindən ödənişsiz təşkil ediləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/214730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR