Heyvanları öldürülən fermer şikayətçidir

Heyvanları öldürülən fermer şikayətçidir
15:14 26 Sentyabr 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə kütləvi şəkildə heyvanları öldürülən fermer bələdiyyə sədrindən şikayətçidir. Rayonun Çanaqçı kənd sakini Rizvan Məmmədov Lent.az-a bildirib ki, əslində bu işin başında kimlərin durduğu bəllidir:

 

"Başda bələdiyyə sədrindən şikayətçiyəm. Həmin bələdiyyə sədri ilə uzun müddətə dayanan ədavətimiz olub. O, 2 kənd adamını üstümə salıb. Həmin şəxslər də örüş sahəsindən istifadə üçün bizdən haqq tələb ediblər. Deyirlər ki, biz də bu əraziyə görə bələdiyyəyə pul verirlər. Pul vermədiyim üçün qoyun sürümə ziyan vurublar”.

 

Fermer bildirib ki, Nərimankənd bələdiyyəsinin sədri Ədalət İsmayılov barəsində və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, rayon icra hakimiyyətinə və digər müvafiq orqanlara məlumat verib: “Hamıya məlumdur, kimin nə etdiyi. Araşdırma aparılır. Nəticəsini gözləyirik”.

 

Qeyd edək ki, sentyabrın 21-də məlumat yayılıb ki, Rizvan Məmmədova məxsus 8 baş xırdabuynuzlu heyvanı öldürülüb, 15 baş heyvanına ağır xəsarət yetirilib, 7 baş heyvanı isə yoxa çıxıb.

 

 

Əməkdaşımız qarşı tərəfin də rəyini öyrənmək istədi. Bələdiyyə sədri ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR