Putin Ərdoğan və Ruhani ilə kürdlərin referendumu müzakirə etdi

Putin Ərdoğan və Ruhani ilə kürdlərin referendumu müzakirə etdi
15:33 26 Sentyabr 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik haqqında referendum Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi türkiyəli və rusiyalı həmkarları – Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə telefon söhbətlərində müzakirə edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Peskov danışıqların detallarını açıqlamayıb.

“Mövzu həqiqətən telefon söhbətlərinin gedişatında müzakirə olunub. İndiki halda Rusiyanın mövqeyi hər hansı dəyişikliklərə məruz qalmayıb. Biz əvvəlki kimi hesab edirik ki, dövlətlərin ərazi və siyasi bütövlüyünün saxlanılması regionda sabitlik və təhlükəsizliyin saxlanılması və kritik problemlərin nizama salınması üçün fövqəladə əhəmiyyətlidir”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, referendum sentyabrın 25-də keçirilib. Onun rəsmi nəticələri cümə axşamı elan ediləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR