Ailə üzvlərinin hamısını öldürən soydaşlarımız

Azərbaycanda ailə münaqişəsi zəminində baş verən cinayətlərin sayı artmaqdadır. 

Metbuat.az xəbər verir ki, bu cür münaqişə zəminində ailə üzvlərini qətlə yetirən azərbaycanlıları təqdim edir: 

1. Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

Məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

2. Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı oğul çoxsaylı bıçaq zərbəsi ilə anasını öldürüb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Yaralı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

3. Neftçalada 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlu ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirilib. 

Məlum olub ki, A.Heybətov oğlu Emil tərəfindən qətlə yetirilib və daha sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırılıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.

4. Daşkəsən dəhşətli cinayət hadisəsi baş verib. 

1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

5. Masallı rayonunun Qızılağac kəndində dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib. 

Sərdar Məmmədov / Metbuat.az 

Qızla tanış olmaq üçün görün nə etdi... - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR