Biləcəri sakinlərinin nəzərinə - FOTO

Biləcəri sakinlərinin nəzərinə - FOTO
15:38 26 Sentyabr 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/214735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR