ATV-nin yeni prezidenti kimdir?

Bu gün Azad Azərbaycan Telekanalının rəhbəri təyin olunan Azər Xəlilov kimdir? Əvvəllər harda işləyib? Hansı fəaliyyətləri var?

Tanınmış jurnalistin tərcümeyi-halını təqdim edirik.

Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational teeviziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb.

A.Xəlilov Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında" sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Tanınmş jurnalist bu gündən etibarən ATV telekanlına rəhbərlik etməyə başlayıb.// Teleqraf.com

ATV-nin yeni rəhbəri bu şəxs oldu - YENİ TƏYİNAT - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR