Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir

Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir
15:57 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dünyanın böyük neft və qaz şirkətləri Qazaxıstan şirkətləri ilə birlikdə Xəzəryanı çökəkliyində tədqiqatlara başlayacaq. “Report”un Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, tədqiqatın məqsədi 50 mlrd. ton xam karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilən yeni ərazini araşdırmaqdır.
Proqnozlara görə, qarşıdakı 30-40 il ərzində Qazaxıstanın böyük yataqlarında neft hasilatı azalacaq, həcmlər bugünkü qədər olmayacaq.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev məsələyə münasibət bildirərkən deyib ki, hələlik bu barədə danışmaq tezdir. Amma ərazidə 50 mlrd. ton xam karbohidrogenin olduöu ehtimal edilir.
Nazir həmçinin yaradılacaq “Avrasiya” konsorsiumu çərçivəsində Qazaxıstan şirkətlərinin xarici şirkətlərlə birgə işləyəciyini və ölkə ərazisində dərinliyi 10-15 km-ə çatan quyuların qazılacağını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qazaxistan-xezerde-50-mlrd-ton-karbohidrogen-ehtiyatinin-oldugunu-ehtimal-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR