İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO

İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO
16:04 26 Sentyabr 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bakıya həmişəlik gəlməmişəm, yenidən Türkiyəyə qayıdıram”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri illərdir Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib.

 

O bildirib ki, birdəfəlik Azərbaycana köçməsi qeyri-mümkündür: “Məni Türkiyədə 6 göz, yəni 2 övladım və bir həyat yoldaşım gözləyir. Birdəfəlik Azərbaycana köçməyim mümkün deyil. Çünki yoldaşımın bütün işləri ordadı. Azərbaycana gəlib burada iş qurması çətin olar. Azərbaycana vaxt tapdıqca, iş olduqca gələcəm. Bura gəlməzdən bir həftə qabaq evdə söhbətlər başlayır. Həm də mən Türkiyədə özümü yad hiss etmirəm”.

 

İ. İbrahimova Azərbaycana bir neçə günlük gəlməsinin səbəbini də açıqlayıb: “Yeni mahnılarımız var. Uzun aradan sonra bəstəkar Gövhər Həsənzadədən yeni mahnı oxuyacam. Ondan sonra gənc bəstəkar Fərid Kərimlidən 2 mahnı oxumuşam. Qəşəng mahnılardı. Bu mahnıların aranjimanı mənsiz oldu. Amma səs hissəsini oxumağım üçün Bakıya gəlməyim vacib idi. Bu dəfəki gəlişim sırf yaradıcılıq işlərimlə əlaqədar idi”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR