Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər
16:14 26 Sentyabr 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

"TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər.

 

Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər.

 

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR