“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb

“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb
16:35 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Hazırda “Instagram” sosial şəbəkəsinə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb. Bu haqda 25 sentyabrda keçirilmiş “Advertising Week” tədbirində “Facebook”un marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Şirkətin mətbuat xidməti bu informasiyanı təsdiq edib.

“ICTnews” Elektron Xəbər Xidməti “searchengines.ru” saytına istinadən yazır ki, “Instagram” 5 ay ərzində öz auditoriyasını 100 milyon artırıb.

Həmçinin “Instagram”ın mətbuat xidmətindən bildirilib ki, xidmətdə aktiv elan verənlərin sayı 2 milyonu ötüb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50288-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR