MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ

MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ
16:53 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

"Telekanalda baş vermiş kadr dəyişikliyi rəhbərliyin səlahiyyətində olan məsələdir. Milli Televiziya və radio Şurası telekanalların yaradıcı işinə qarışmır".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov ATV telekanalında baş verən kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

Son vaxtlar MTRŞ tərəfindən telekanalın fəaliyyətində hər hansı pozuntuların aşkar olunmasına gəldikdə, T.Məmmədov belə iradlar olduğu halda bu məlumatlar bizim rəsmi saytımızda yerləşdirilir: “Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyinin dəyişdirilməsi Telekanalın təsisçiləri tərəfindən qəbul olunmuş qərardır. “Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən telekanal yaradıcılıq və kadr işlərinə qarışmır”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin bugünkü iclasda iştirakı barədə isə məlumatsız olduğunu dedi.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/214748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR