"Bu, "Roma" üçün rüsvayçılıq olar" - Arriqo Sakki

"Bu, "Roma" üçün rüsvayçılıq olar"  - Arriqo Sakki
16:57 26 Sentyabr 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın "Qarabağ"la oyuna "Real"la səfər matçına hazırlaşırmış kimi hazırlaşması heç kimi təəccübləndirməməlidi. Belə də olmalıdı". Fanat.Az xəbər verir ki, bu sözləri İtaliya mətbuatına açıqlamasında məşhur mütəxəssis Arriqo Sakki deyib.


O, "canavarlar"ın rəqibi ciddiyə almasının vacibliyini vurğulayıb: "Azərbaycan təmsilçisi öz meydanında döyüşəcək. Zəif komandanın Çempionlar Liqasında nə işi var? "Roma"nın baş məşqçisi və futbolçuları yaxşı başa düşürlər ki, məsuliyyətsizlik onlara baha başa gələ bilər. BATE ilə səfər matçını yəqin ki, unutmayıblar. Eyni hal təkrarlansa, bu İtaliya təmsilçisi üçün rüsvayçılıq olar".


Qeyd edək ki, 2015-ci ilin 29 sentyabrında Belarusiya təmsilçisi BATE öz meydanında "Roma"nı 3:2 hesablı məğlubiyyətə uğratmışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-quotromaquot-ucun-rusvayclq-olarquot-t60793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR