Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək
20:07 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu görüşdə iştirak etmək üçün Tbilisiyə gəlib.
Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri sentyabrın 27-də qatarla Tbilisidən Tetriskaro, Zalqa və Axalkələkiyə gedəcəklər. Axalkələkidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərlərinin görüşü olacaq. Sonra onlar BTQ-nin Türkiyə tərəfində aparılan tikinti işlərinin gedişi ilə maraqlanacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-tbilisi-qars-demir-yolu-uzre-isci-qrupun-gorusu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR