ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib
21:02 26 Sentyabr 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ Senatının xarici işlər üzrə komitəsinin üzvləri yekdilliklə Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyinə səs veriblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bundan sonra onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir. 
ABŞ prezidenti Donald Tramp Hantsmanın bu vəzifəyə namizədliyini hələ iyulun ortalarında irəli sürmüşdü. 
Rusiya hakimiyyəti Hantsmanın Moskvada işləməsinə artıq ilkin razılıq verib.
Xatırladaq ki, Con Hantsman daha öncə ABŞ diplomatik missiyasının Sinqapur və Çində rəhbəri olub. 2005–2009-cu illərdə o, Yuta ştatının qubernatoru olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-senatinin-komitesi-con-hantsmanin-amerikanin-rusiyadaki-sefiri-vezifesine-namizedliyine-tesdiql

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR