Üzeyir Hacıbəyli festivalı başa çatdı

Üzeyir Hacıbəyli festivalı başa çatdı
23:29 26 Sentyabr 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.

 

Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə gerçəkləşən konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadə olub. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

 

Qeyd edək ki, 2009-cu ildən keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər. Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış yerli və xarici ölkə bəstəkarlarının əsərlərini dinləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR