Çavuşoğlu: "Ankara İraqın ərazi bütövlüyünü qoruyacaq"

Çavuşoğlu: "Ankara İraqın ərazi bütövlüyünü qoruyacaq"
00:29 27 Sentyabr 2017
143 Digər
Ölkə mətbuatı
A- A+

Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

 

“Biz İraqın ərazi bütövlüyünü təkcə sözdə dəstəkləmirik. Əgər İraq hökuməti Ankaraya müvafiq çağırış edərsə, biz qonşu ölkənin bütövlüyünün qorunmasına dair səyləri dəstəkləyəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.    

 

Türkiyə ordusunun İraqda əməliyyat keçirməsinin mümkünlüyünü şərh edən nazir qeyd edib ki,  Ankara İraq hökumətinin müvafiq müraciəti əsasında addımlar atmaq niyyətindədir: “Əgər Baqdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalara əsaslanan hüququmuzdan yararlanacağıq. Ankara üçün əsas olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir”, - deyə Çavuşoğlu vurğulayıb.   

 

O əlavə edib ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək.   

 

Mövlud Çavuşoğlu, Türkiyənin xarici ölkələri İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini tanımağın yolverilməz olması barədə xəbərdar etdiyini qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR