Səudiyyədə qadınlar da maşın sürəcək

Səudiyyədə qadınlar da maşın sürəcək
01:24 27 Sentyabr 2017
164 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir.

 

“Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, - deyə məlumatda bildirilir.

 

Kral qadınlara avtomobil idarə etmək hüququnun verilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün  DİN, Maliyyə, Əmək və Sosial Təminat Nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın yaradılmasına dair göstəriş verib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR