Bakıda polis rəislərindən biri təqaüdə göndərilib

Bakıda polis rəislərindən biri təqaüdə göndərilib
11:03 9 Yanvar 2015
191 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik Sabunçu RPİ-nin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR