Sərnişinlərə xoş xəbər (FOTO)

Sərnişinlərə xoş xəbər (FOTO)
11:06 9 Yanvar 2015
154 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gündən Bakıya yağan qar gözlənildiyi kimi bəzi fəsadlar yaradıb. ANS PRESS-in məlumatına görə, əsas çətinlik insanların səhər evdən çıxaraq işə getməsi zamanı baş verib. Çünki səhər saatlarından bəzi avtobusların hərəkət qrafiklərində ləngimələr olub. Bu səbəbdən də sərnişinlərin çoxu dayanacaqlarda saatlarla avtobus gözləməli olublar.

Bundan başqa, paytaxtdan kənar qəsəbələrdə yollar buz bağlayıb. Həmin ərazilərdə avtomobillərin hərəkəti çətinləşib.

Nəqliyyat Nazirliyinindən də sərnişin avtobuslarının gecikmə faktlarını təsiqləyiblər. Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, quruma bununla bağlı şikayətlər daxil olub. Onun sözlərinə görə, hazırda problemlərin aradan qaldırılması üçün xüsusi qruplar hazırlanıb.

Bakıda əsas problem Günəşli, Badamdar, 20 yanvar, Biləcəri və Baksol ərazilərinə işləyən avtobusların hərəkət cədvəllərində yaranıb. Bəzi avtobuslar yollarda xarab olublar. Bəzi sürücülər işə gec çıxıblar. Problemin aradan qldırılması üçün 2 xüsusi qrup hazırlanıb. Onlar paytaxtda reydlər keçirirlər. Nasazlıq yaranan, işə düşməyən avtobus olanda dərhal ora ustalar göndərilir“, - deyə Əmrah Cəfərov bildirib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakıda 1700 avtobus xəttə buraxılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev isə ANS PRESS bildirib ki, hazırda onların nəzarətində olan bütün yollarda hərəkət normal vəziyyətə gətirilib. Qəsəbə ərazilərdəki yolların buz bağlamasına münasibət bildirən Pünhan Mürsəliyev qeyd edib ki, həmin yollar onların balansında deyil.
















































Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR