Maşın işıq dirəyinə çırpıldı: iki yaralı

11:12 9 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

İqbal Həsən oğlu Yəhyayevin idarə etdiyi "Hyundai" markalı avtomobil küçə ilə Sahil istiqamətində hərəkət edərkən işıq dirəyinə çırpılıb. Milli.Az El Tv-yə ( Region Tv) istinadən xəbər verir ki, nəticədə işıq dirəyi aşıb, avtomobilə ciddi zərər dəyib. Sürücü İqbal Yəhyayev və avtomobildəki sərnişin Hamlet Kamran oğlu Musayev xəsarət alıblar. Onlar  Yevlax Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Məntəqəsinə çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR