Xaçmazda tikinti materialları bazarında qiymətlər ucuzlaşıb - VİDEO

Xaçmazda tikinti materialları bazarında qiymətlər ucuzlaşıb - VİDEO
11:17 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xaçmazdakı tikinti materialları bazarında qiymət dəyişikliyi müşahidə olunur. Rusiyada rublun məzənnəsinin aşağı düşməsi belə materialların da qiymətinə təsirsiz ötüşməyib. Qiymət dəyişikliyi əsasən xaricdən idxal olunan mallarda müşahidə olunur.

Milli.Az RTV-yə istinadən bildirir ki, hazırda tikinti materialları satılan obyektlərdə taxtanın bir kubunun qiyməti 180-190 manat arasında dəyişir. Əvvəl ölçüsündən asılı olaraq armaturların 1 metri 60-90 qəpiyə təklif olunurdusa, indi  bu göstərici 55-75 qəpiyə təklif olunur. Dam örtüklərinin qiyməti isə 12-13 faiz aşağı düşüb. Satıcılar isə müştəri yoxluğundan şikayətlənirlər.

Amma buna baxmayaraq, yerli materialların qiymətində dəyişiklik yoxdur. Təkcə alçipanın qiymətlərində 10 faiz enmə müşahidə olunub. Bazarlarda bu material 9 manat 80 qəpiyə təklif olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR