Salatın Əsgərovanın qətlindən 24 il ötür

Salatın Əsgərovanın qətlindən 24 il ötür
11:17 9 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərovanın ermənilər tərəfindən qətlə yetirilməsindən 24 il ötür.

AzNews.az xəbər verir ki, o, 1991-ci il yanvar ayının 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub.

Nəticədə istedadlı jurnalist amansızcasına qətlə yetirilib. O, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

Hazırda Bakı şəhərində onun adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də Salatının adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.

Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşviq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

Onun Ceyhun adlı oğlu var.

Ceyhun Əsgərov hazırda "ANS ÇM" radiosunda baş redaktor vəzifəsində çalışır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR