Rusiya ordusu Çeçenistana daxil olub

Metbua.az oktyabrın 1-də tarixdə baş verən ən yaddaqalan hadisələri təqdim edir:

e.ə.331-ci il — Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub edib.

959-cu il — Edqar bütün İngiltərənin kralı olub.

1795-ci il — Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirilib.

1827-ci il — General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını ələ keçiriblər.

1880-ci il — Tomas Edison ilk elektrik lampası fabrikini açıb.

1908-ci il — Henri Ford avtomobilqayırma sənayesinin ən çox satılan modellərindən olan T modelinin istehsalına başlayıb.

1952-ci il — Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açıblar: 52 nəfər ölüb, 140 nəfər yaralanıb.

1971-ci il — Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başlayıb.

1988-ci il — SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.

1999-cu il — Rus ordusunun Çeçenistan ərazisinə daxil olması ilə İkinci Çeçenistan müharibəsi başlayaıb.

1992-ci il — Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR