Ermənistan silkələndi

Ermənistan silkələndi
11:21 9 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə saat 03:02-də Ermənistan-Azərbaycan sərhədində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələnin episentrində yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Ermənistan ərazisində, o cümlədən Qacaran şəhərində yeraltı təkanlar 5 bal gücündə hiss olunub. Qafan və Sisiyan rayonlarında isə yeraltı təkanların gücü 3-4 bal təşkil edib.

Bir müddətdən sonra bir neçə afterşok qeydə alınıb. Zəlzələnin episentrində təkrar yeraltı təkanların gücü 3,3 bal, Qacaranda 4 bal, Qafan və Sisiyanda 2-3 bal olub.

Erməni saytları tikililərdə dağıntı və təlafat barədə heç bir məlumat verməsələr də, təbii fəlakətin Ermənistan-Azərbaycan sərhəddində baş verdiyini yazıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR