Ən məşhur filmlərə çəkilib, amma tanınmır - VİDEO - FOTO

Ən məşhur filmlərə çəkilib, amma tanınmır - VİDEO - FOTO
11:22 9 Yanvar 2015
204 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ruben Lenqdon Hollivudda ən məşhur filmlər və animasiyalara çəkilmiş insanlardan biridir. O, "Avatar" filmindən tutmuş, "Tintin" animasiya lentinədək baş rollarda olub, amma tanınmır.

Çünki Ruben Lenqdon kaskadyordur və həmişə "kölgə"də qalır.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, Ruben Lenqdonun filmlərdəki tərəfdaşları arasında Cekki Çan, Arnold Şvartsnegger, Brüs Uillis və s. kimi Hollivud ulduzları olub.
 
Lenqdon "Resident Evil", "Devil May Cry", "The Last of US" kimi populyar videooyunlara da çəkilib.
 
Karyerasına Los-Ancelesdə "B-Fighter" serialında kaskadyor kimi başlayan Ruben sonradan Honkonqa yollanıb, orada Ceki Çan və Sammo Hunq kimi aktyorlarla çalışıb.
 
Sonra o, Hollivuda dönüb və populyar lentlərdəki döyüş səhnələrində kaskadyorluq edib.
 
Ruben Lenqdonun karyerası belədir:
 
Filmlər: "Star Trek Continues", "The Witches of O", "Wizards of Waverly Place", "The Green Hornet", "Scott Pilgrim vs. the World", "Night at the Museum 2", "The Office", "Dexter", "Pirates of the Caribbean: At World's End", "CSI: Miami", "Spider-Man 2", "Power Rangers Time Force", "Star Trek Continues", "Avatar".
 
Kompüter oyunları: "Lost Planet 2", "Resident Evil: 5", "The Bourne Conspiracy", "Tao Fang", "Star Wars: Jedi Knight II", "Castlevania: Curse of Darkness""Dead Rising. In Devil", " May Cry 3 and 4", "Street Fighter", "The Last of Us", "Batman: Arkham Origins", "Tomb Raider".
 
Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR