Gəncədə dələduzluq edən şəxs saxlanılıb

11:27 9 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:24 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncədə dələduzluq hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Cümşüd Allahverdiyev idarəyə müraciət edərək Elşən adlı şəxsin ondan 4 min 500 manat pul alaraq qaytarmadığını bildirib. Araşdırma zamanı məlum olub ki, ötən ilin noyabr ayında Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü, məhkumluq həyatı yaşamış Elşən Qarayev C. Allahverdiyevin saxlanılan oğlu Cavid Allahverdiyevin həbs edilməyəcəyini vəd verərək 4500 manat pulunu dələduzluq yolu mənimsəyib.

 

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR