Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib

Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib
11:33 9 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən ilin dekabrında Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 2014-cü dekabr ayı ərzində ANAMA tərəfindən 2106370 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 278297716 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689623-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

2014-cü ilin dekabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb. Onlardan birində Azərbaycan Ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb. Digər halda isə minaya düşən mülki şəxs olub və hadisə nəticəsində qəlpə yarası alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR