Naxçıvana 38 sm qar yağıb

Naxçıvana 38 sm qar yağıb
11:34 9 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın 8-si gündüzdən 9-u səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb.

 

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, yanvarın 8-i gündüz və 9-u səhər ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

 

Qar örtüyünün hündürülüyü Bakıda və Abşeron yarımadasında 12 sm, Böyük Qafqazda 40 sm, Kiçik Qafqazda 9 sm, Lənkəran-Astara zonasında 26 sm, Mərkəzi Aran rayonlarında 8 sm, Naxçıvan Muxtar Respublikasında isə 38 sm olub.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR