Azərbaycanlı müğənni analoqu olmayan avtomobil gətirir

Azərbaycanlı müğənni analoqu olmayan avtomobil gətirir
11:39 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Cavanşir Məmmədov Azərbaycana analoqu olmayan avtomobil gətirir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Xəzər” telekanalında yayımlanan verilişlərin birində deyib. O, bildirib ki, yeni avtomobili qeyri-adi olacaq: “Təxminən 2 ay sonra bir az dəqiqləşdirsək, mart ayının ortalarında gözəl bir sensasiya olacaq. Yeni avtomobil sifariş etmişəm. Həmin avtomobil 1 nəfərlikdir. O, maşında yalnız 1 nəfər otura bilər. İndiyə qədər mən avtomobil axtarmamışam, maşın özü gəlib məni tapıb. Hazırda neçə maşın varımdır? Deyə bilmər. Çünki sabah bunu söz edəcəklər”.

 

Qeyd edək ki, hazırda C.Məmmədov “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilini idarə edir. O, 10 HS 100 dövlət nömrə nişanlı avtomobilini 2011-ci ilin aprelində 960 000 avroya alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR