Quba futbolu çətin günlərini yaşayır - VİDEO

Quba futbolu çətin günlərini yaşayır - VİDEO
11:42 9 Yanvar 2015
192 İdman
Ölkə mətbuatı
A- A+

Qubada ilk peşəkar futbol komandası 1961-ci ildə yaradılıb. “Spartak Quba” adlanan futbol komandası SSRİ miqyaslı yarışlarda çıxış edib. Yarandığı il Azərbaycan futbol çempionatının qalibi, 1979-cu ildə isə Azərbaycan Kubokunun sahibi olub. “Spartak Quba” son dəfə 2008-2009-cu illərdə Azərbaycanın I divizionunda çıxış etdikdən sonra fəaliyyətini dayandırıb.

Milli.Az RTV-yə istinadən bildirir ki, 2004-cü ildə rayonda 3 yaş qrupu üzrə fəaliyyət göstərən  “Quba” peşəkar futbol klubu yaradılıb. Bu komanda da 2007-ci ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb.

Hazırda kifayət qədər istedadlı, eləcə də milli komandalarımızın müxtəlif yaş qruplarında oynayan qubalı futbolçular var. Lakin rayonu təmsil edən peşəkar klub olmadığından bu futbolçular Azərbaycanın digər klublarında top qovurlar. Qubada stadion problemi də mövcuddur. Rayondakı futbol meydançası 2007-ci ildə təmir olunarkən kütləvi məzarlıq aşkarlanıb. Bu səbəbdən həmin ərazidəki stadion fəaliyyətini dayandırıb. O zamandan qubalı futbol həvəskarları yalnız Quba Olimpiya mərkəzindəki futbol meydançasından yararlana bilirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR