"Süni qidalanma və süni əmziklərdən uzaqlaşın"

"Süni qidalanma və süni əmziklərdən uzaqlaşın. Uşaqlarınıza ana südü verin”.

Metbuat.az xəbər verir ki, bunu pediatr Rauf Bəylərov ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə deyib:

"Ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir. Hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur. Artıq onkoloqlar da təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır”.

Pediatr süni qidalardan da danışıb:

“Süni qidalanma ölü qidalanmasıdır. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar.”

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/800801/dis-eti-agrisini-aninda-kesir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR