Azərbaycanda ən çox qar Böyük Qafqaza yağıb

Azərbaycanda ən çox qar Böyük Qafqaza yağıb
11:43 9 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün Azərbaycanda yağan qar nəticəsində ən çox qar örtüyü Böyük Qafqazda yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 8-i gündüzdən 9-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan Muxtar Respublikasında 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib.

Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan MR-da 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub.

Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR