Azərbaycanda 16 dərəcə şaxta

Azərbaycanda 16 dərəcə şaxta
11:46 9 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Respublikanın şimal bölgəsinə daha çox yağıntı düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ən çox qar regionun dağlıq ərazisinə düşüb.

Ərazidə 16 dərəcə şaxta qeydə alınıb. Bu ərazilərdə hərəkət çətinləşib.

Ən çox qar isə Quba rayonunda qeydə alınıb. Burada qarın hündürlüyü 13 sm-ə çatıb. Bundan başqa, Xızı rayonunda isə qarın hündürlüyü 12 sm-ə çatıb.

Şimal regionunun bütün yollarında qar və buzlu yol avtomobillərin hərəkətində çətinlik yaradıb. Bakı-Quba, Quba-Qusar, Xudat, Siyzən, Xaçaz yolları buz bağlayıb.

Yollarda hərəkəti açmaq üçün Nəqliyyat Nazirliyinin yol istismar idarəsinin əməkdaşları və Baş Dövlət Yol Polis əməkdaşları çalışırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR