Ötən il Azərbaycanda 3 500 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin edilib

11:47 9 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:44 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2 769 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 364 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq stasionar və ambulator qaydada bərpa-müalicə xidməti ilə təmin edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmçinin 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın Latviyada ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Bununla da qeyd olunan dövrdə ƏƏSMN tərəfindən ümumilikdə 3 497 nəfər uşaq bərpa-müalicə xidmətinə cəlb edilib.

 

Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə xidməti göstərilən ümumilikdə 1226 nəfər uşaqdan 70 nəfərində (5,7 faiz) tam yaxşılaşma, digərlərində isə nisbi yaxşılaşma qeydə alınıb. Həmin müəssisələrdə sağlamlıq imkanları məhdud uşaqlara bərpa-müalicə xidməti göstərilməklə bərabər, onların sosial reabilitasiyası, şəxsiyyətinin korreksiya olunması, əmək terapiyası məqsədi ilə kompleks işlər görülür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR