Ötən ilin dekabr ayında Day.Az saytında "Bakı sakinlərini liftsiz qoydular" adlı məqalə dərc olunmuşdu. Bu materialda Şərifzadə 73 ünvanındakı binadan söhbət gedirdi.Day.Az saytı sakinlərin köməyinə çatdı
Milli.Az xəbər verir ki, günlərin birində "Bakıelektrikşəbəkə"nin əməkdaşları gələrək heç bir xəbərdarlıq etmədən binadakı lifti söndürmüşdilər.
Araşdırma zamanı məlum olmuşdu ki, liftin söndürülməsinin səbəbi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamentinin "Bakıelektrikşəbəkə"yə olan 15 min manat borcu idi.
Yazı dərc olunandan sonra sakinlər yuxarıda göstərilən instansiyalara xəbərin mətnini göndərmişdilər. Bundan sonra, Yeni il ərəfəsində artıq lift işləməyə başlayıb.
Milli.Az