İztirablı yollarla: Bakının ən çətin keçilən dairələri

11:52 9 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Dairəvi yollar istənilən sürücünün yaralı yeridir. Axı bu cür yolların nizamlanması qaydaları elə də dəqiq deyil. Hər tərəfdə bir cür üsul var.
Milli.Az xəbər verir ki, Day.Az saytı Bakının ən çətin keçilən dairəvi yollarının reytinqini hazırlayıb.

Birinci yerdə "Böyük və dəhşətli" "20 Yanvar" dairəsidir. Bakı nəqliyyatının şah damarlarından sayılan Tbilisi, Moskva və Ziya Bünyadov prospektlərinin kəsişdiyi yerdə olması artıq hər şeyi izah edir.

"Qəbələ dairəsi" reytinqdə ikinci yeri tutur. Mətbuat prospekti ilə Abdulvahab Salamzadə küçələrinin kəsişdiyi yerdə olan bu dairə də sürücülər üçün kifayət qədər çətinliklər yaradır. Ziya Bünyadov prospektində təmir işlərinin baş çatmasından sonra bu dairədə nəqliyyatın hərəkəti pis vəziyyətə düşmüşdü. "Koroğlu" metrosundan maneəsiz gələn maşınlar burada toplaşırdı. Nəticədə  sıxlıq yaranırdı. Dairənin modernləşdirilməsi problemi bir qədər aradan qaldırıb.

Bakının nəhəngi - "Ukrayna dairəsi" üçüncü yerdədir. Əhmədli qəsəbəsində yerləşən bu dairə nəhəng ölçülərinə görə seçilir. Bu yaxınlarda həmin dairədə hərəkət edən avtomobillərin prioritet istiqamətləri dəyişdirilib. Yenə də sürücülər bu dairədə çox çətinlik çəkirlər.

Reytinq cədvəlindəki digərləri isə "Beşmərtəbə" dairəsi, Nərimanov heykəlinin yanındakı dairə və "Neftçilər" metrosunun yanındakı dairədir.

Məqalənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR